Erməni separatçıları Xocavənddə mövqelərimizi atəşə tutdu: "Cavab tədbirləri ilə qarşı tərəf susdurulub"

img

19-02-2022 [17:37]


Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA