Eldar Əzizov aparat rəhbəri vəzifəsini şöbə müdirinə həvalə edib 

img

19-02-2022 [13:27]


Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunub.

Mia.az APA-ya istinadla xəbər verir ki, o, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Şəhər təsərrüfatı şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev olub. Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA