Manaf Ağayev Qarabağa gizli necə keçib? - Polislərlə bağlı araşdırma aparılır

img

18-02-2022 [14:35]


Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.

Məlumata görə, bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidovaçıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib: “Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”/Report.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.

Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA