Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlimlər keçirəcək

img

19-02-2022 [11:37]


Azərbaycan Hərbi Dəniz Qüvvələri bu ilin yay aylarında Xəzər dənizində hərbi təlimlər keçirəcək.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev HDQ-də keçirdiyi müşavirə zamanı təlimlərə hazırlıq məsələləri müzakirə olunub.

Baş Qərargah rəisi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA