PUTİN DONBASDA GƏRGİNLİYİN ARTDIĞINI DEDİ, NATO-ya MESAJ VERDİ: "Qorxmayın, Rusiya işğalçı deyil, Kiyev masaya oturmalıdır"

img

18-02-2022 [17:47]


Rusiya prezidenti Putin bu gün Moskvada səfərdə olan Belarus lideri Lukaşenko ilə 2 saatdan çox çəkən təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Mia.az xəbər verir ki, Putin Donbasda gərginliyin artdığını deyib.

O, yaranan gərginliyə görə Ukraynanı ittiham edərək, rəsmi Kiyevin Minsk anlaşmasına əməl etməsini tələb edib.

Rusiya lideri gərginliklə bağlı NATO ilə danışıqlara hazır olduqlarını da deyib: "Rəsmi Kiyev masaya oturmalı, bu böhrandan çıxmağın yolunu açmalıdır. Qaldı Rusiyanın Ukraynanı işğal etməsi barədə xəbərlərə, mən artıq belə xəbərlərə baxmıram. Qorxmayın, Rusiya işğalçı deyil, əsl işğalçılar bu gərginliyi yaradanlardır".

Lukaşenko isə Rusiya ilə strateji müttəfiq olduqlarını xatırladaraq, Ukrayna ilə 150 kim-lik sərhədə malik olduqlarını deyib: "Biz sərhədlərmizi qorumağa hazırıq. Gözlənilən istənilən hücuma Rusiya ilə birgə cavab verəcəyik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA