PREZİDENT APARAT RƏHBƏRİNİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Yeni başçısı kimdir? (FOTO)

img

18-02-2022 [10:56]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb

Mia.az xəbər verir ki, sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Xatırladaq ki, o, bu vəzifəyədək Bakı İcra Hakimiyyətinin aparat rəhbəri işləyib.

E.Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA