Ukrayna prezidentindən bəyanat: “Uşaq bağçasının rusiyayönlü qüvvələrin atəşə tutması böyük təxribatdır”

img

17-02-2022 [16:59]


“Stanitsiya Luqanskayada uşaq bağçasının rusiyayönlü qüvvələrin atəşə tutması böyük təxribatdır”

Bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

“Diplomatların və ATƏT-in Ukraynada qalması vacibdir, onların monitorinq fəaliyyəti çəkindirici faktordur. Bizə atəşkəs rejiminin bütün pozuntularını qeydə almaq üçün səmərəli mexanizm lazımdır”, - dövlət başçısı bildirib/Report.

Qeyd edək ki, bu gün səhər Rusiya dəstəkli qondarma “Luqansk Xalq Respublikası”nın qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya yaşayış məntəqəsindəki uşaq bağçasına mərmi atıb. Hadisə nəticəsində bağçanın iki əməkdaşı xəsarət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA