Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - VİDEO

img

17-02-2022 [10:11]


Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.

Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA