Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-02-2022 [00:19]
Qoç - Bəzi işlər sizi yormasın deyə hiperaktivlik etməyin. Uzunmüddətli layihələr gəlir verməyəcək. Onları müəyyən müddətə ertələyin. Həddən artıq çalışmayın, özünüzü yormayın.
İkinci dərəcəli problemlərin həlli ilə sabah da məşğul olmaq mümkündür.
Günün ikinci yarısı emosional zamandır. Şəxsi münasibətlərdə əsəblər gərilə bilər. Dəyər verdiyiniz insanla təmaslarda harmoniyaya nail olun. Laqeyd və qaba insan təsiri bağışlamayın.
Buğa - Cari məsələləri düşünün, rutin işlərdən boyun qaçırmayın. Böyükmiqyaslı məsələnin həllinə başlamaq olar. Məqsədə aparan yolda qətiyyətlə addımlasanız, uğur əldə edəcəksiniz. Amma bir qədər sonra kiçik problemlərin sayının artması sizi seçim qarşısında qoya bilər.
Yüz ölçüb, bir biçin.
Problemlərinizin həlli bütün diqqətinizi alaraq ailə üzvlərinizə laqeyd yanaşmanıza səbəb olmamalıdır. Qohumlara baş çəkmək üçün pis zaman deyil.
Romantik görüşü təxirə salın.
Əkizlər - Bilik və bacarıqlarınızı artırın. Yeni təcrübəni əxz edin. Bədxərcliyə yol verməyin, lazım olduğundan artıq pul sərf etməyin. Müxtəlif "status" əşyaları sizi şirnikləndirməsin. Pulsuz qalmamaq üçün nəyi nə üçün aldığınıza qərar verin.
Günün ikinci yarısında ailədə səmimi, harmonik ortam yaradır. Ünsiyyət xoş hisslər bəxş edəcək. Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər azaldın. Mədədə ağrılar yaranmasın deyə rasionunuza fikir verin.
Xərçəng - Ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.
Səhhətinizi düşünün.
Şir - Planlarda dəyişikliklər zamanıdır. Tənqid hədəfinə çevrilməmək üçün düşünülməmiş addımlar atmayın. Əhvalınızın ətrafınızdakı insanların durumuna təsir etməməsinə can atın. Daşınmaz əmlakla bağlı əməliyyatları ertələyin.
Günün ikinci yarısında qısa səfər uğurlu alınacaq. Dəyər verdiyiniz insanlardan birinin davranışı sizi qıcıqlandıra bilər. Mübahisələrə qatılmayın, mənasız diskussiyalardan yayının. Yeni pəhrizi sınamaq üçün axşam saatları münasibdir.
Qız - Yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Yaxın ətrafınızdakı insanların yardımlarına güvənməyin. Onların arasında sizə yardım etmək əvəzinə, yararlanmaq, faydalanmaq istəyənlər var. Başqasının barəsində danışılan dedi-qoduya qatılmayın. Şayiələrin daşıyıcısı olmayın.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz fikirlərinizi paylaşmayacaqlar. Şəraiti dəyişsəniz, normal istirahət edə biləcəksiniz. Axşam saatlarında dostların yanında olun.
Tərəzi - Günün ilk yarısı uğurlu zamandır. Tez həlli mümkün problemlərə yetərincə zaman ayırın. Yeni layihələrin startını bir qədər ertələyin. Ambisioz, qeyri-standart hədəflərdən çəkinməyin. Problemlərin həllində fəal olun.
Günün ikinci yarısında yaxınlarınızla anlaşmaya nail olmaq üçün güzəştə meylli davranmaq gərəkdir. Özünüzə fikir verin. Pəhrizə başlaya bilərsiniz.
Çözümünü xeyli vaxtdan bəri tələb edən məsələnin həllində kollektiv fəaliyyət istisna deyil.
Əqrəb - Narahatlıq, naqolaylıq hissi yaranacaq. Özünüzü pis hiss edə bilərsiniz. Situasiyadan çıxış yolu var. Sizə yardım üçün müraciət edən insanlara kömək edin.
Özünüzü rahat hiss etmək üçün gərgin fəaliyyətə ehtiyac var.
Günün ikinci yarısında dostlar və tərəfdaşlara yardım edin. Ailədəki problemləri müzakirə etmədən çözmək mümkün deyil. Sevdiyiniz insanla münasibətləri yaxşılaşdırın.
Axşam saatlarını internetdə keçirməyin.
Oxatan - Mübahisələrdə arqumentləri asanlıqla tapa bilərsiniz. Ən uzunmüddətli və ağır qarşıdurmanın nizamlanması üçün dinc yollar mövcuddur. İşdə rəhbərlik, kommersiya fəaliyyətində isə tərəfdaşlarla danışıqlar aparmaq olar.
Anlaşma, saziş və müqavilələr üçün pis gün deyil.
Günün ikinci yarısında dostlarla görüşmək, yaxın perspektivdəki layihəni və ya prosesləri təxminləmək olar. Axşam saatlarındakı görüş romantik anlar vəd edir.
Oğlaq - Günün ilk yarısında işgüzar tərəfdaş və ya şəriklə təmaslarda problemlər yarana bilər. Onların dediklərinə diqqətlə qulaq asın. Əks təqdirdə sərt iradlar eşidəcəksiniz.
Manevr imkanlarını əldən verməyin. Sürətli, dürüst qərarlar qəbul edin.
Günün ikinci yarısında ailə həyatındakı qəfil olaylardan biri narahatlıq, təlaş yarada bilər. Münaqişəyə səbəbkarlıq etməyin. Yaşlı qohumların dediklərinə qulaq asın. Onların məsləhətlərindən biri xeyir, mənfəət vəd edir.
Dolça - Nə edəcəyinizi dəqiqləşdirin, məqsədləri konkretləşdirin. Situasiyanın dəyişməsi planlara yeniliklər tələb edir. İşdə rəhbərlik və həmkarlarla təmaslarda diqqətli olun. Əks təqdirdə ciddi narazılıq yarana bilər.
Günün ikinci yarısında işlərin məcrası və hadisələrin axarı əhəmiyyətli dərəcədə mövqeyinizdən asılıdır. Ailədə xoş ab-havanı qoruyun.
Xəstəliklərin profilaktikası ilə məşğul olun. Səhhətinizi düşünün. Zərərli vərdişlərdən birindən əl çəkmək zamanıdır.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - Günün ilk yarısı görüşlər, danışıqlar, anlaşmaların imzalanması, yeni layihəyə başlamaq üçün əlverişli deyil. Cari işlərlə məşğul olmaq, rutin məsələlərin çözülməsinə zaman ayırmaq daha optimal yoldur.
Hər şeyi yaxşı yoxlayın. Fəsadları ağır olacaq səhvlərə yol verməyin.
Günün ikinci yarısında emosiyalar tarıma çəkilə bilər. Dediklərinizin yanlış anlaşılması qalmaqal və münaqişə yaratmasın deyə sayıq olun. Ailə həyatındakı bəzi məqamlar nəzarətinizdən çıxmamalıdır.
Milli.Az
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq