Ramiz Mehdiyevi kim əvəzləyəcək? - AMEA rəhbərliyi bu tarixdə toplanır

img

17-02-2022 [17:23]


Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Mia.az xəbər verir ki, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

Məlumata görə, hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir.

İddialara görə, AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizədliyi irəli sürüləcək..

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA