ABŞ səfirindən yeni mesaj: "Türkiyə ilə Ermənistan arasında normallaşma region üçün yeni imkanlar aça bilər"

img

16-02-2022 [15:28]


"Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması regionda yeni nəqliyyat və logistika imkanları açacaq".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyilə bağlı keçirilən dəyirmi masada bildirib.

Onun fikrincə, bu məsələ həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına təkan verə bilər: “Regionda normallaşma və sabitlik buradakı bütün ölkələrin xeyrinə olacaq”/Report

Səfir deyib ki, ABŞ regionda dayanıqlı sülhə və nəqliyyat yollarının açılmasına tərəfdardır: “Biz logistika və nəqliyyat yollarının açılmasını istəyirik, regionda sabitliyə tərəfdarıq. Biz minalanmış ərazilər, məcburi köçkünlərin geri qaytarılması, həmçinin Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası kimi bir sıra mühüm məsələlərin də həllini gözləyirik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA