Müəllimlərin işə qəbulu müsabiqəsinin qaydalarına dəyişiklik edilib

img

16-02-2022 [11:18]


“Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı rəy və sorğular əsasında bu il təkmilləşdirmələr aparılıb. Yaxın günlərdə dəyişikliklər qüvvəyə minib”.

Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb.

Nazirlik rəsmisi bildirib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, vakansiya seçimi iki mərhələdə olacaq: “İlk mərhələdə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA