Şirvan şəhər sakini Hacıqabulun yol polislərindən şikayətçidir: "Nə cərimə edirlər, nə də..."

img

21-02-2022 [11:49]


Şirvan şəhər sakini Əvəzov Eldəniz Rüstəm oğlu Hacıqabul Rayon Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşlarından şikayətçidir.

Bu barədə Mia.az-a Eldəniz Əvəzov özü məlumat verib. Şikayətçi bildirib ki, özünəməxsus "VAZ-2107" markalı avtomobillə Hacıqabul rayonu ərazisində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb:

"90 YP 629 nömrə nişanli avtomobildə xidmət aparatan polis əməkdaşları avtomobili ön fənərlərinə ksenon işıq quraşdırıldığı üçün cərimə meydançasına apardılar. Artıq 3 gündür ki, müxtəlif bəhanələr gətirərək mənim maşınımı orada saxlayırlar.

Mən cərimə yazılmasını tələb edəndə isə, YPX əməkdaşları məndən ən azı 80 manat pul tələb edirlər. Beləliklə, polis əməkdaşları nə cərimə tətbiq etmir, nə də mənim avtomobilimi cərimə meydançasından çıxararaq istifadə etməyinə icazə vermirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA