DEPUTAT MİLLİ MƏCLİSDƏ: "Fevralın 1-nə kimi olan bütün cərimələr silinsin” - "İnsanların cərimələri ödəməyə gücü çatmır"

img

15-02-2022 [13:10]


Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələr ləğv olunsun.

Mia.az xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Mili Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hökumət əməkhaqqı və pensiyanı az artıranda, sual edirik ki, niyə bu qədər artırdınız: "Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 % artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA