Ali məktəb tələbələrinin Prezident təqaüdü artırılıb - Fərman

img

14-02-2022 [16:22]


Azərbaycanda ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmanla ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata çatdırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA