Sabiq nazir müavini barəsindəki hökmdən şikayət verib

img

14-02-2022 [12:20]


Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin baxış iclası fevralın 16-na təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq/Report.

Qeyd edək ki, R.Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA