Qarabağ" - "Sumqayıt" oyunu təxirə salınıb

img

14-02-2022 [10:57]


Futbol üzrə Azərbaycan Premyer Liqasında fevralın 20-də keçirilməsi planlaşdırılan "Qarabağ" - "Sumqayıt" oyunu təxirə salınıb.

Mia.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransa "Marsel"i ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib.

Qurum "köhlən atlar"ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA