Rumıniyalı futbolçu: ""Xəzər Lənkəran" borcumu ödəməyib"

img

14-02-2022 [16:56]


"Xəzər Lənkəran" klubu sabiq futbolçusu Adrian Skarlatakeyə olan borcunu hələ də ödəməyib.

Bu barədə "Report"a rumıniyalı müdafiəçinin özü məlumat verib.

36 yaşlı oyunçu bununla bağlı qarşı tərəfdən heç kimin onunla əlaqə saxlamadığını bildirib: "Amma heç bir problem yoxdur. Həll yolunu tapmaq üçün onlarla danışmağa hazıram. Mən kluba kömək etmək istəyirəm. Xüsusilə azarkeşlər, klubun yenidən Premyer Liqada oynaması naminə".

Qeyd edək ki, Adrian Skarlatake 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"n formasını geyinib. Bu gün klubun bütün borclarının ödənildiyi və yenidən bu adla çıxış etməyə hazır olduğu açıqlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA