Azərbaycan Ordusunda komandoların peşəkarlığı artırılır - VİDEO

img

12-02-2022 [15:05]


Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimin planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.

Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla tətbiq edilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA