Rövnəq Abdullayev yeni təyinatı barədə suala belə cavab verdi: "Geniş açıqlama verə bilməyəcəm"

img

10-02-2022 [17:35]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rövnəq İbrahim oğlu Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sözügedən Sərəncamla bağlı Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev "Unikal"a açıqlama verib:

"Cənab Prezident İlham Əliyevin məni Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edərək, iqtisadiyyat nazirinin müavini təyin edib. Prezidentin sözügedən sərəncamını yüksək qiymətləndirirəm. Buradakı işimə yeni təyin olunduğum üçün geniş açıqlama verə bilməyəcəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA