Səfər Mehdiyev dünya çempionunu rəis təyin etdi, yeni rütbə verdi

img

10-02-2022 [16:32]


Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.

Məlumata görə, 37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.

Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.

Təcrübəli karateçiyə mayor rütbəsi də verilib/Report.

Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA