Avropa Parlamenti Türkiyəni sərt tənqid etdi

img

13-03-2014 [11:34]


Avropa Parlamenti Türkiyə ilə bağlı sərt məruzəni qəbul edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, məruzədə ölkədə söz azadlığına əməl olunmur, hakimiyyət qolları arasında bölgü yoxdur və qanunların aliliyi qorunmur. Sənəddə o da qeyd edilir ki, hökumət baş nazir Rəcəb Tayyib Ərdoğanın korrupsiya ilə bağlılığını araşdırmır. Məruzədə korrupsiyanın araşdırılması ilə bağlı parlamentdə qəbul olunan iki mübahisəli qanuna görə narahatlıq ifadə olunur. Qeyd olunur ki, əgər Türkiyə Avropa ittifaqına üzv olmaq istəyirsə hökumətin bu davranışı Kopenhagen prinsiplərinə ziddir. Məruzə müəlliflərinin fikrincə, internetin məhdudlaşdırılması ilə bağlı qanun hakimiyyətin nəzarətini genişləndirməyə xidmət edir. Məruzə bir sıra düzəlişdən sonra 475 səslə qəbul olunub. Layihənin əleyhinə 153 nəfər çıxıb, 43 nəfər bitərəf qalıb. Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fülenin sözlərinə görə, Türkiyə hökumətinin korrupsiyaya qarşı mübarizə üsulları narahatlıq üçün ciddi əsas verir.

Türkiyə həm də ötən ilin yayında İstanbuldakı Gəzi parkında etiraz edənlərə qarşı polisin həddindən artıq sərt davranışına görə də tənqid olunub. Bununla belə Avropa Parlamenti kürd probleminin nizamlanması prosesini dəstəkləyib və Türkiyə hakimiyyətini kürdlərin sosial, mədəni və iqtisadi hüquqları sahəsində irəliləyişə nail olmaq məqsədilə islahatlara çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA