Ramiz Mehdiyev istefa tələbinə belə reaksiya verdi: "Əsas mövqeyim ondan ibarətdir ki..."

img

09-02-2022 [16:15]


Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı narazılıqlar artıb. AMEA-nın institutlarının bir neçə direktoru onun vəzifəsindən getməli olduğunu bildirib.

Həmçinin, Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov məhkəmədə qalib gəlib və onun işə bərpa olunması ilə bağlı qərar verilib. Hazırda isə onunla bağlı digər bir məhkəmə işi davam edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bunlarla bağlı "Unikal"a açıqlamasında deyib ki, bu məsələlərə qarışmaq və fikir bildirmək istəmir: "Təşəkkür edirəm ki, siz bu məsələ haqqında fikirləşirsiniz. Ancaq əsas mövqeyim ondan ibarətdir ki, akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub elmə təkan verək, dövlətimizə kömək edək".

R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla olan məhkəmə çəkişməsinə isə münasibət bildirmək istəməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA