Vilayət Ryvazov polkovniki polis rəisi təyin etdi

img

09-02-2022 [16:03]


Ağdaş rayonuna yeni polis rəisi təyin olunub.

Mia.az lent.az-a istinadla xəvər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Həsənalıyev Vəfalı Həsən oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə ə o, Ağdaş rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi polis polkovniki Rasim Mustafayev idi. O, bir müddət öncə vəzifəsindən azad olunaraq, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Onu da qeyd edək ki, Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA