Daha bir direktor AMEA-dakı istefa tələbinə qoşuldu: "Ramiz Mehdiyevin təcili olaraq istefaya getməsi zəruridir"
10-02-2022 [13:39]
AMEA-ın sərbəst İnstitutu statusuna malik Şamaxı Astrofizika Rəsədxanasının hazırkı elmi fəaliyyətini uğurlu qiymətləndirmək olar.
Məşğul olduğumuz aktual problemlər və əldə olunmuş elmi nəticələr, yüksək reytinqli beynəlxalq elmi jurnallarda çoxsaylı publikasiyalar, Avropa elmi mərkəzlərində kadr hazırlığı, rəsədxanada aparılan gəncləşmə siyasəti, Azərbaycan Astronomiya Jurnalının ingilis dilində nəşri və jurnal məqalələrinin beynəlxalq NASA ADS sistemində yerləşdirilməsi, beynəlxalq meqa-layihələrdə iştirakımız (GRANDMA, Gaia, MASTER), yerli və beynəlxalq ranqlı qrantlarımız (Avropa Birliyinin FP-7 və HORİZON-2020 qrant layihələri, Rus-Azərbaycan birgə qrantları, EİF-in digər yerli qrantları və s.), son illərdə təşkil edilmiş beynəlxalq və yerli konfranslar (Rəsədxananın 60 illiyi ilə bağlı 2019-cu ildəki, Ak. Hacıbəy Sultanovun 100 illiyinə həsr edilmiş 2021-ci ildəki beynəlxalq konfranslar, prof. Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans və s.), beynəlxalq seminarlar, Gənc Alim və Mütəxəssislər Şurasının işinin yenidən təşkili, alınmış müşahidə materiallarının emalı və arxivləşdirilməsi işinə start verilməsi, Beynəlxalq Astronomiya Cəmiyyətinin təşkil etdiyi müxtəlif astronomik tədbirlərin Azərbaycanda keçirilməsi, yay-qış məktəbləri (düşərgələri) və s. buna sübut kimi göstərilə bilər. Hal-hazırda Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına töhvə vermək üçün Respublika ərazisində yerətrafi fəzadan yerin kosmik monitorinqi üşün Rəsədxanada informativ Peykaltı Kosmik Poliqonun yaradılması layihəsi Azərkosmos ASC ilə müzakirə edilir. Lakin fəaliyyətimizin daha da genişləndirilməsi üçün bir-sıra problemlər təcili həll edilməlidir.
Məlumdur ki, kosmos elminin vacib hissəsi olan fundamental elm sahəsi kimi Astronomiya sahəsində elmi tədqiqatların müasir səviyyədə düzgün təşkili kifayət qədər bacarıq və maliyyə resursları tələb edir. Hər şeydən əvvəl bir astronomik elmi-tədqiqat institu olaraq onun həm şəhər bazası (institut binası), həm də çətin iqlim şəraiti olan yüksək dağlıq ərazidə müşahidə bazası (Rəsədxanası) yaradılmalı, bu infrastruktur müasir texnologiyanın inkişafı ilə ayaqlaşan maddi-texniki baza ilə təmin olunmalıdır. Belə bir struktur istər keçmiş sovetlər məkanında, istərsə də bütün inkişaf etmiş dünya astronomik elmi mərkəzlərində qəbul olunmuş praktikadır.
Çox təəssüf ki, indiyə qədər Şamaxı Astrofizika Rəsədxanasının həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsi (institu) bu vaxta qədər normal təşkil olmamışdır. Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilmiş və hal-hazırda da mövcuddur. Lakin təəssüf ki, bu Bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər elmi-təşkilati problemlərlə üzləşmişdir. Bununla bağlı ayrı-ayrı dövrlərdə AMEA rəhbərliklərinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmamışdır. Axırıncı dəfə problemin həll edilməsi üçün AMEA Prezidenti akademik Ramiz Mehdiyevə də tərəfimizdən müraciət edilsə də heç bir müsbət nəticə əldə olunmamışdır.
Müşahidə bazasının - Rəsədxananın quruculuğu ilə bağlı çox mühüm işlər artıq görülmüşdür. Belə ki, kosmos elminin vacibliyini düzgün dəyərləndirən dövlətimizin başçısı Cənab İlham Əliyevin 2008 və 2009-cu illərdə imzaladığı müvafiq Sərəncamları ilə Rəsədxanada yenidənqurma, təmir-bərpa işləri aparılmışdır. Bu dövrdə bir neçə dəfə işlərin gedişi ilə yerində tanış olmaq üçün cənab Prezident şəxsən rəsədxanaya gəlmiş və 2013-cü ildə yekun açılışı etmişdir. Bu açılışda cənab Prezident xüsusi olaraq qeyd etmişdir ki, tikilmiş bütün bu yeni binalar, qurğular, avadanlıq və cihazlar astronomiya elminin maddi bazasını möhkəmləndirmək, onun inkişafına xidmət etmək, çətin dağ şəraitində astronom alimlərin sosial həyatlarını yaxşılaşdlrılması üçün edilmişdir. Qeyd edək ki, Rəsədxanada yaradılmış şərait və infrastruktur yaxın və uzaq kosmos sahəsində elmi tədqiqtlarla yanaşı, həm də bütün dünyada olduğu kimi, astroturizmin də təşkilinə potensial imkan verir.
Coğrafi baxımdan Rəsədxana ərazisinin sərt iqlim şəraitində yerləşməsi (1500 m hündürlükdə ilin 6-7 ayında havanın qarlı, şaxtalı, yağışlı, küləkli və dumanlı keçməsi) yaradılmış infrastrukturun istismarını, qorunub saxlanmasını, inkişafını çətinləşdirir və Rəsədxana üçün ciddi maliyyə problemləri yaradır. Belə ki, illər ötdükcə tikililərdə və Rəsədxanaya xidmət göstərən texniki avadanlıqlarda baş verən nasazlıqların vaxtaşırı aradan qaldırılması zərurəti yaranır. Cari təmir işlərini, nəqliyyatın, avadanlıqların təmirini və yenilənməsini, təsərrüfat sektorunu normal vəziyyətdə saxlaması üçün maliyyə dəstəyinə daim ehtiyac yaranır. Astroturizmin təşkili bu problemlərin qismən həllində vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir.
Bütün dünyada kosmik eranın çiçəkləndiyi bir dövrdə, Azərbaycan Respublikasının da bu inkişafa uğurla qoşulduğu bir vaxtda AMEA RH-nin 01.10.2021-ci il tarixli №17/3 Qərarı və AMEA Prezidentinin 14.12.2021-ci il tarixli №576 Sərəncamı ilə Rəsədxananın mövcud maddi bazasının parçalanıb ayrılması prosesinə başlanmışdır. Belə ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış və öz iştirakı ilə institutun istifadəsinə verilmiş ən müasir kampus və digər infrastrukturların torpaq sahəsi ilə birlikdə rəsədxanadan alınmasına start verilmişdir. Bu da yaradılmış uğurlu ekosistemin dağılması deməkdir. Hansı ki, qısa müddətdə rəsədxananın bir fundamental elm ocağı kimi tənəzzülünə səbəb olacağı qaçılmaz olacaqdır. Kosmik sənayesi, yeni püxtələşən gənc alimləri, milli kadrları ilə gələcəyinə böyük inam yaradan ölkəmizin bir astrofizik alimi kimi kosmos fizikası üzrə yeganə elmi tədqiqat mərkəzimizin ərazisinə və maddi texniki bazasına göz dikilməsi məni çox məyus edir. Biz aparıcı alimlərimizlə daim düşünürük necə edək ki, Rəsədxana tezliklə dünya elmi mərkəzlərindən birinə çevrilsin, bunlar isə onun onurğa sütununu qırmaq əzmindədirlər. Burda deyirlər “sən saydığını say, görək fələk nə sayır”....
Mənim fikrimcə, AMEA-nı xilas etmək üçün Akademiyanın prezidenti Ramiz Mehdiyevin təcili olaraq istefaya getməsi zəruridir.
Namiq Cəlilov,
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru,
fizika-riyaziyyat elmləri doktoru, AMEA-ın müxbir üzvü
lent.az
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq