Putin Zelenskiyə ünvanlı “döz, mənim gözəlim” mesajına izah verdi: "Bu, şəxsi zəmində deyildi" - “Şübhəsiz, bəzi şeylər var ki..." (YENİLƏNİB)

img

10-02-2022 [21:08]


Rusiya prezidenti Vladimir Putin bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə gğrüşdə\ sonra keçirilən mətbuat konfransında Ukrayna barədə işlətdfiyi "Xoşun gəlsə də, gəlməsə də, döz, mənim gözəlim”, - sözlərinəı aydnlıq gətirib.

Mia.az xəbər verir ki, o, Putin bu sözlərinin Zelenskinin şəxsinə qarşı dedyilməyib: “Bu, şəxsi zəmində deyildi, açıq deməliyəm. Mən uzun illik fəaliyyətimdə heç vaxt buna yol verməmişəm".

Putin dövlətlərin üzərinə götürdükləri öhdəlikləri xatırladaraq, qeyd edib ki, hamı beynəlxalq hüquq normalarına, razılaşmalara əməl etməlidir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə cavab verib.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra brifinqdə danışıb.

Ukrayna Prezidenti rus dilində cavab verəcəyini deyərək vurğulayıb ki, “aforizmin müəllifi” (Vladimir Putini nəzərdə tutur – red.) onu daha yaxşı başa düşsün: “Şübhəsiz, bəzi şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsən. Ukrayna həqiqətən də gözəldir. “Mənim” isə bir az artıqdır”.

V.Zelenskinin sözlərinə görə, Ukrayna dözümlüdür, çünki bu müdrikliyin göstəricisidir: “Bizim dözümlülüyümüz təxribatlara təsir edir. Biz cavab verməyərək özümüzü hörmətli aparırıq. Bu mənada dözümlülük müdriklikdir”.

Qeyd edək ki, Putinin fikirləri fevralın 8-də Moskvada Fransa Prezidenti Emmanuel Makronla danışıqlarda Ukraynanın ünvanına səsləndirilib: “Xoşun gəlsə də, gəlməsə də, döz, mənim gözəlim”.

Onu da xatırladaq ki, bu sözlərə Moskvada Putinlə Makronun mətbuat konfransından dərhal sonra elə həmin  günü  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da izah verib.

O bildirib ki, Putinin bu açıqlamasında dövlətlərin öz öhdəliklərini yerinə yetirməsinin zəruriliyinə istinad edilib: "Putin Makronla mübahisəli təhlükəsizlik təminatlarını və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Putinin bu açıqlamasında dövlətlərin öz öhdəliklərini yerinə yetirməsinin zəruriliyinə istinad edib".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA