Ukrayna MDB-dən çıxmağa hazırlaşır

img

13-03-2014 [10:53]


Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etməyə hazırlaşır. 

Bunu ölkənin xarici işlər naziri Andrey Deşitsa Rusiya radiostansiyalarından birinə açıqlamasında deyib. Nazirin sözlərinə görə, MDB öz üzvləri arasındakı anlaşılmazlıqları yoluna qoymaq iqtidarında deyil.

Andrey Deşitsa bildirib ki, Ukrayna Krımdakı son hadisələrlə bağlı MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, buna nail ola bilməyib: "Bir ölkə qonşusuna qarşı hücuma keçir. MDB-yə sədrlik edən Ukrayna Şuranın iclasının çağırılması üçün İcraiyyə Komitəsinə müraciət edir. Amma heç bir reaksiya yoxdur. O zaman bu təşkilat nəyə lazımdır?!" - Andrey Deşitsa belə deyib.

inter.ua

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA