Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olunub - Valideynləri pəncərələri qırıblar

img

08-02-2022 [10:46]


Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb.

Bu barədə “Joxovurd” qəzeti yazıb.

Məlumata görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar.

Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi isə hərbi polisə tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA