Departamentdən 8 erməninin geri verilməsinə reaksiya: "Bu, davamlı sülh üçün çox vacibdir"

img

08-02-2022 [10:00]


"Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq".

Mia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosundan bildirilib.

Qeyd olunub ki, bütün saxlanılan hərbçilərin qaytarılmasının asanlaşdırılması və itkin düşənlərin (o cümlədən 1990-cı illərdə) haqqında məlumat əldə edilməsi səyləri regionda davamlı sülh üçün çox vacibdir.

Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA