Cəlilabadda ağır qəza: 3 nəfər ölüb - DİN-dən açıqlama

img

07-02-2022 [11:58]


Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən yaydığı məlumatda deyilir:

"Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq