MƏŞHUR GENERAL TƏQAÜDƏ GÖNDƏRİLDİ - DİN-də daha bir dəyişiklik

img

05-02-2022 [13:10]


Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.

Məlumata görə, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsini bundan sonra polis polkovniki Nəriman İmanov icra edəcək.

Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA