Tereza Mey, Federika Moqerini, Mark Rutte və... - NATO Baş katibi vəzifəsinə namizədlərin adları açıqlandı

img

04-02-2022 [16:59]


NATO Baş katibi vəzifəsinə namizədlərin adları açıqlanıb.

Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 5 real namizəd var.

Bunlar Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey, Hollandiyanın Baş naziri Mark Rutte, Estoniyanın Baş naziri Kaya Kallas, Avropa İttifaqının xarici işlər üzrə keçmiş ali nümayəndəsi Federika Moqerini və Rumıniya Prezidenti Klaus İohannisdir.

Qeyd edək ki, NATO 1949-cu ildə yaradılıb. Hazırda Alyansın 30 üzvü var. 2014-cü ildən NATO-ya norveç əsilli Yens Stoltenberq rəhbərlik edir. Onun səlahiyyət müddəti sentyabr ayında bitir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA