Regional Təhsil İdarələrinin yaradılması və bağçaların idarə edilməsi... - Nazirlikdən açıqlama

img

04-02-2022 [15:45]


“Bu ilin mart ayı ərzində Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı bütün işlər yekunlaşacaq”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək.

E.Əliyev xatırladıb ki, hazırda bağçalarla bağlı təhvil-təslim prosesi davam edir: “Nəzərə alsaq ki, ölkədə 1000-dən artıq dövlət uşaq bağçası var və bu da kifayət qədər vaxt tələb edir. Uşaq bağçalarına azyaşlıların qəbulunun elektron formada olması da planlaşdırılır. Eyni zamanda tərbiyəçilərin də qəbul prosesinin Müəllimlərin İşə Qəbulu formatında olması düşünülür. Hazırda məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti, statistik məlumatların toplanması, işçi ehtiyacı və s. üzrə qiymətləndirmələr aparılır”.

Qeyd edək ki, ötən ilin sonunda dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA