Rəşad Nəbiyevdən daha bir təyinat: İdarə Heyətinin sədri vəzifəsinə gətirilən Elxan Əzimov kimdir?

img

04-02-2022 [11:05]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin İdarə Heyətinə sədr təyin olunub.

Məlumata görə, bu vəzifə Elxan Əzizova həvalə edilib.

O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət idarəçiliyi" ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi" ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.

E.Əzizov əmək fəaliyyətinə Nərimanov Rayon İcra Hakimiyyətində başlayıb, daha sonra “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini işləyib. Ötən il dekabrın 22-də MHM "AzInTelecom"a birləşdirilib və 2-ci yenidən təşkil edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA