Ramiz Mehdiyevin səhhətində problem yaranıb? - Açıqlama

img

04-02-2022 [14:11]


AMEA Akademiyanın Prezidenti Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AMEA Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil: "AMEA Rəyasət Heyətinin mətbuat xidməti bununla bağlı bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır".

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkədə R.Mehdiyevin səhhətinin pisləşdiyi, onun xəstəxanaya aparılması barədə xəbərlər yayılıb.

Onu da qeyd edək ki, son həftələr Ramiz Mehdiyevi istefaya səsləyən em adamlarının sayı artıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA