Avropa Komissiyasının iki komissarı Azərbaycana gəlib

img

03-02-2022 [18:02]


Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün Bakıya gəliblər.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək və Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivlərini müzakirə etmək üçün fürsət olacaq.

Komissar Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edir – onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər.

Komissar həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşəcək.

Komissar Várhelyi Bakıda olarkən bir sıra ikitərəfli görüşlər keçirəcək, iyulda baş tutan son səfəri zamanı təqdim olunan Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının və onun Azərbaycan üzrə flaqman təşəbbüslərinin icrası, habelə ikitərəfli münasibətlərin əsas məsələləri ilə bağlı müzakirələr aparacaq.

Komissar Várhelyi bu gün Prezidentin diplomatik müşaviri Hikmət Hacıyev, sabah isə İqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Xarici işlər naziri Ceyhun Bayramovla (görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək) görüşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA