Robert Eyyubov Mədət Quliyevin müavini təyin olunub - FOTO

img

03-02-2022 [16:33]


Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 3-cü vitse-prezidenti Robert Eyyubov təyin olunub.

Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, R.Eyyubov ötən il dekabrın 8-də İcraiyyə Komitəsi tərəfindən bu vəzifəyə seçilib. Lakin o, ötən gün ilk dəfə AzVİF-in iclasına qatılıb.

Xatırladaq ki, Robert Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun qardaşı oğludur.

Qeyd edək ki, R.Eyyubovun AzVİF-ə vitse-prezident təyin olunması ilə bağlı ilk xəbəri fanat.az saytı yayıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA