Türkiyə Parlamentində Şuşa Bəyannaməsi müzakirəyə çıxarılacaq - İlk mərhələdə sənəd təsdiqləndi

img

03-02-2022 [13:15]


Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Mia.az xəbər verir ki, fevralın 4-də komissiyanın iclasında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da iştirak edib. O, Cənubi Qafqazın strateji bölgə olduğunu söyləyib. Nazir müavini bu regionda baş verən hadisələrin Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını vurğulayıb.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA