Ağcabədidə yol qəzası: baba və nəvə ölüb

img

02-02-2022 [13:58]


Ağcabədidə iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Hhadisə Aran-Bəhramtəpə magistral yolunda qeydə alınıb.

Magistralın rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni hərəkət istiqamətində olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan baba və nəvə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlar, Ağcabədi rayon Təzəkənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Faktla bağlı araşdırma başlanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 07.05.2025

Sabah yağış yağacaq