Mia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.
Akar bildirib ki, hərbi təlim və əməkdaşlıqla bağlı araşdırmalarımız davam edir: "Araşdırmalarla müdafiə sənayesi və silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi müzakirə edəcəyik. Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil. Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”.
Nazirin sözlərinə görə, indiki mərhələdə Qarabağda görüləsi çox iş var: "Biz, həmçinin qarşılıqlı danışıqlar yolu ilə irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə təsirini müzakirə etdik. Ermənistana uzadılmış sülh əli var. Biz gözləyirik və ümid edirik ki, bu sülh əlinə qiymət veriləcək. Bu yolla biz sülhün təmin olunmasına çalışırıq. Firavanlıq təkcə Azərbaycan və Ermənistanda deyil, bütün Qafqazda hökm sürür.
Akar əlavə edib ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil: "Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib ki, prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq:
"Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol keçmişik. Milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm, o, bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan ordusu öz döyüş qabiliyyətini artıracaq və ordu ilə birgə fəaliyyətə hazır olacaq".
Mia.az