Qarabağ zonasında 7180 hektar ərazi minalardan təmizlənib

img

01-02-2022 [15:59]


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayının 10-dan bu ilin yanvarın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 540, tank əleyhinə 4 802 mina və 13 444 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 7 180 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA