"Dövlət Proqramı nəticəsində 130-a yaxın gənc dünyanın 60-dan çox nüfuzlu universitetində təhsil alır”

img

01-02-2022 [16:23]


“2019-2023 Dövlət Proqramı” iki istiqaməti əhatə edir. Məqsəd xaricdə doktorantura təhsili və yerli ali təhsil müəssisələrində ikili diplom proqramlarının təsis olunması yolu ilə gənclərə yaxşı təhsil imkanlarının təşkil olunmasıdır. Dövlət Proqramı nəticəsində 130-a yaxın gənc dünyanın 60-dan çox nüfuzlu universitetində təhsil alır”.

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulundan danışarkən deyib.

Onun sözlərinə görə, onların hər biri yerli ali təhsil müəssisələri ilə üçtərəfli müqavilə bağlayıblar: “Doktorantlar təhsil aldıqları dövrdə və təhsillərini bitirdikdən sonra həmin universitetlərin inkişafını hədəfləyirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA