Britaniya XİN: "Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir"

img

31-01-2022 [18:03]


Birləşmiş Krallıq hökuməti Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu faciəyə münasibət bildirib.

Məlumata görə, Parlamentin İcmalar Palatasının üzvü, Azərbaycan Qrupunun sədri Bob Blekmen tərəfindən hökumətə ünvanlanmış yazılı sualda hökumətin faciəyə münasibəti sorğu edilib.

Hökumətin mövqeyi Xarici İşlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris tərəfindən təqdim edilib. Blekmenin sualına cavabında dövlət naziri Xocalı qətliamını Azərbaycan tarixinin faciəvi səhifələrindən biri kimi səciyyələndirib. O, Xocalı soyqırımının baş verdiyi dövrdə iqtidarda olmuş Birləşmiş Krallıq hökumətinin baş verənləri sərt şəkildə qınadığını xatırladıb. Dövlət naziri, həmçinin belə faciələrin gələcəkdə baş verməməli olduğunu vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA