"Rusiya fevralda Ukraynanı işğal edə bilər" - Bayden Zelenskini xəbərdar edib

img

28-01-2022 [11:52]


ABŞ Prezidenti Co Bayden telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskini Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair xəbərdar edib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Horn “Twitter”də bildirib.

“Prezident qeyd edib ki, Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair açıq bir ehtimal var. O, bunu ictimaiyyət qarşısında da deyib və biz təxminən bir aydır ki, bu barədə xəbərdarlıq edirik”, - deyə Emili Horn bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA