Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr... - SİYAHI

img

28-01-2022 [10:19]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Mia.az xəbər verir ki, ölkədə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür.

Bakıda ən yüksək yoluxma isə yenə Binəqədidir - 14,5 %.

Daha sonra isə 13,5 %-lə Xətai, 11,8 % Yasamal, 11,6 %-lə Sabunçu, 8,4 %-lə Suraxanı, 7,9 %-lə Nərimanov, 7,7 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 5 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə Pirallahı rayonlarında yoluxma sıralaması var.

Bölgələrdə isə bu göstərici belədir: Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA