ABŞ Rusiya ordusunu ölkəyə toplayan Belarusu açıq hədələdi: "...sürətli və qətiyyətli cavab veriləcək"

img

26-01-2022 [10:29]


“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə sürətli və qətiyyətli cavab verəcək".

Mia.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays son brifinqində deyib.

O, Rusiyanın təlim adı ilə Belarusa böyük ordu toplaması barədə suala cavab olaraq, bildirib ki, həmin qoşunlar Belarus ərazisində daimi qalarsa,  o zaman NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrini artıra bilər: “Biz Belarusa açıq şəkildə xəbərdarlıq edirik. Əgər öz ərazisindən Ukraynaya hücuma icazə verərsə, ABŞ, onun müttəfiqləri və tərəfdaşları tərəfindən sürətli və qətiyyətli cavabla üzləşəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA