Ermənistanın istefa verən prezidenti haqqında yeni xəbərlər yayıldı
25-01-2022 [09:21]
Ermənistanın iki gün əvvəl istefa verdiyini elan etmiş prezidenti Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.
"Hetq.am” xəbər verir ki, Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, lakin onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş.
Xüsusilə, Sarkisyan yaxın vaxtlara qədər Karib hövzəsindəki ada dövlətinin - Sent Kitts və Nevisin vətəndaşı olub.
Sərkisyan xarici ölkənin vətəndaşı olub-olmaması barədə suala cavab vermək əvəzinə sübut təqdim etməyi təklif edib.
O, xüsusən uzun illər əvvəl Sent-Kits və Nevis Federasiyasına (mehmanxana biznesi-red) sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə keçirdiyini iddia edib.
Sent-Kitts və Nevis hakimiyyətinin investisiya proqramı şərti ilə əcnəbilərə vətəndaşlıq vermək hüququ var. Sarkisyanın sözlərinə görə, o, Ermənistana xəbərdarlıq etmədən vətəndaşlıq alıb. 2013-cü ildə səfir təyin olunmazdan əvvəl vətəndaşlıqdan imtina barədə göstəriş verib.
Sent-Kitts və Nevis Federasiyası
Sent-Kitts və Nevis Federasiyası
Lakin 2017-ci ildə ona prezident olmaq təklifi irəli sürüləndə Sarkisyanın bunu yerinə yetirməyib. Bu məsələni həll etməli olan şəxs ölüb, Sarkisyan oğluna (eyni müəssisədə işləyir) məktub yazıb və ondan prosesi başa çatdırmağı xahiş edib.
Belə çıxır ki, Sarkisyan prezident seçilməzdən bir müddət əvvəl ada dövlətinin vətəndaşlığından imtina prosesinə başlayıb. Bu isə o deməkdir ki, o, bu vəzifəyə seçilə bilməzdi.
“Bütün fərmanlar, o cümlədən qanunlar, təyinatlar, seçkilər (hətta baş nazirin təyin edilməsi də) qanunsuzdur”, - nəşr yazıb.
“Prezident böyük ehtimalla Ermənistana qayıtmayacaq, çünki saxtakarlıq zəminində cinayət təqibi ilə üzləşə bilər”, - “Hetq.am” vurğulayıb.
Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, iddia edib ki, Prezident ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil.
Öz növbəsində “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan bildirib ki, Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır. “Respublika Prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verdiyini elan etməsi utancvericidir”, - Tevanyan feysbukdakı hesabında yazıb.
Yanvarın 18-də Prezidentin mətbuat xidməti məlumat yayıb ki, Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərini başa vurduqdan sonra lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə gedib. Prezidentin məzuniyyətdən qayıtması barədə məlumat verilməyib/Report.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb