Daha iki erməni Bakıda hakim qarşısına çıxarılıb
24-01-2022 [16:26]
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Sənədlərin tədqiqi mərhələsində qeyd olunub ki, İ.Sarqsyanın telefonuna baxış zamanı 2019-cu ildə çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin kordinantları olub.
Daha sonra prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 28-nə təyin edilib.
İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.
Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Masallıda avtomobil yolunun təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
"Beşiktaş" daha bir oyunçunun müqaviləsinin müddətini uzadıb
İsrail 200 min insanın Qəzzanı tərk etdiyini bildirib
Direktor müavini kanalda boğulub
Azərbaycan nefti bahalaşdı
Türkiyədə mediaya qarşı sensasiyalı əməliyyat: "Habertürk" və "Show TV" kanallarına "əl qoyuldu" (VİDEOLAR)
Ankarada zəlzələ olub - 4,1 bal gücündə
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
Hacıqabulda polis əməliyyatı: saxlanılan var
"Gençlerbirliği" 25 yaşlı cinah hücumçusunu icarəyə götürüb
"Eyüpspor" yarımmüdafiəçi transfer edib
NETANYAHU QƏTƏRİ HƏDƏLƏDİ: "Ya onları təslim edərsiniz, ya da..."
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Yəmənə hücum etdi: 9 nəfər ölüb, 118 nəfər yaralı var
TRAMPDAN DÜNYANI TƏDİRGİN SALAN MÜHARİBƏ MESAJI: "Baxaq, başlayırıq"