Lesbian model Kara Delevin haqda bilmədiyiniz 13 fakt - FOTOLAR

img

09-03-2014 [12:16]


"Moschino”, "Jason Wu”, "Oscar de la Renta”, "Burberry”, "Stella McCartney”, "Chanel” kimi brendlərin dəfilələrinin parlaq siması, ingilis top-model Kara Delevin haqda maraqlı faktlar:

  1. Model karyerasına 17 yaşında başlayıb.
  2. Hökumət komissiyası "English Heritage”in keçmiş rəhbəri ser Coslin Stivensin nəvəsidir.
  3. 21 yaşı olmasına baxmayaraq, artıq professional Models.com portalının "dünyanın 50 ən yaxşı supermodeli” siyahısında 5-ci yeri tutur.
  4. Böyük bacısı Poppi Delevin də modeldir.
  5. Ən yaxın rəfiqələri müğənni Rihanna və model Keyt Mossdur.
  6. Deyilənə görə, 66-cı "Kann” film festivalı çərçivəsində Leonardo Di Kaprio nə qədər cəhd etsə də, onun diqqətini çəkə bilməyib. Kara onunla görüşməyə razılıq verməyib.
  7. Hələ də Londonda ailəsiylə yaşayır.
  8. Barabanda ifa edə bilir.
  9. 2012-ci ildə "British Fashion Awards” tərəfindən "İlin modeli” seçilib.
  10. Rejissor Co Raytın "Anna Karenina” filmində çəkilib.
  11. Lesbiandır. Bu ilin yanvar ayında aktrisa Mişel Rodrigeslə görüşdüyünü açıqlayıb.
  12. 2013-cü ildə paparatsi Delevinin çantasından "ağ toz” paketinin necə yerə düşdüyünü, modelin onu gizlincə çantasında gizlətməyini çəkib. Böyük qalmaqala səbəb olan hadisədən sonra məşhur "H&M” geyim şirkəti onunla əməkdaşlığı dayandırıb.
  13. Boyu heç də podiuma uyğun deyil. 173 sm-dir.






Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 29.06.2025

Bu gün imtahandır