“Belarusun işğal edilməsinə mən heç vaxt imkan vermərəm” - Luakşenko

img

24-01-2022 [17:46]


“Belarusun işğal edilməsinə mən heç vaxt imkan vermərəm”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşündə bildirib.

“Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsinin oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”,- Aleksandr Lukaşenko komitə sədri Anatoli Lappodan istehza ilə soruşub/Report.

Qeyd edək ki, Aleksanrd Lukaşenko Belarus dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi haqqında qərarı təsdiqləyib. Bildirilib ki, 2022-ci ildə Ukrayna istiqamətində dövlət sərhədinə daha çox diqqət ayrılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA